APM reproduktiv sağlamlıq məsələləri ilə məşgul olan müəssisədir. Əsas məqsədimiz əhalinin reproduktiv sağlamlığının qorunmasında dövlət siyasətini təmin etmək üçün profilaktik tədbirləri həyata keçirmək, əhaliyə xüsusiləşdirilmiş ambulator müalicə-diaqnostik və konsultasiya yardımı göstərməkdir.
Bizim məsləhətxanamizda bir neçə istiqamətdə işlər aparılır:
– qadın və kişi sonsuzluğunun diaqnostikası və müalicəsi;
– reproduktiv funksiya bərqərar olması zamanı pozulmalar olan yeniyetmələrə tibbi, psixoloji yardım (cinsi inkişafın ləngiməsi, erkən cinsi yetişkənlik, piylənmə, qalxanvari vəzin xəstəlikləri, hiperandrogenemiya, hipotalamik sindrom, şəkərli diabet və s.);
– hormonal disfunksiyaların müalicəsi;
– endokrinopatiyalı qadınların hamiləliyə hazırlanması;
– endokrinopatiyalardan əziyyət çəkən fertil yaşlı qadınlarda ailə planlanmasına, kontrasepsiyaya, arzuolunmaz hamiləliklərin qarşısının alınmasına dair konsultativ yardım;
– əhalinin müasir kontrasepsiya üsulları, abortların zərəri, cinsi yolla ötürülən xəstəliklərin təhlükəsi barədə məlumatlandırılması;
– 40 yaşdan sonra qadınların sağlamlığı ( pre- və postmenopauzal dövr, ovarioektomiyadan sonrakı vəziyyət)
– androloqun konsultasiyası;
– irsi və genetik xəstəliklərin aşkarlanması və diaqnostikası
– perspektiv və retrospektiv genetik konsultasiya;
– arzuolunmayan və ya göstərişə əsasən hamiləliyin pozulması;
– psixoloji dəstəyə ehtiyacı olan qadın, kişi və yeniyetmələrə psixoloqun konsultasiyası;
– əhali arasında müasir kontrasepsiya üsullarının tətbiqi;
– süd vəzilərinin patologiyasının aşkarlanması
– köməkçi diaqnostik vasitələrin- laborator, ultrasəs və xüsusiləşdirilmiş vasitələrdən istifadə;
Bizim müalicə üsullarımız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokollarına uyğun aparılır. Məsləhətxanamızda yüksək ixtisaslı, müxtəlif profilli həkimlər çalışır. Mütəxəssilərimiz daim öz ixtisaslarını artırmaq üçün ölkəmizdə və xaricdə müxtəlif seminar, konfrans, qurultay və b.ixtisasartırma proqramlarında iştirak edirlər, müasir yanaşma üsullarını öyrənirlər. Həmçinin Məsləhətxanamızda “Analıq məktəbi” fəaliyyət göstərir. Burada ana olmağa hazırlaşan qadınlarla mama-ginekoloq, pediatr, psixoloq, perinatoloq məşğul olur, gənc ananın doğumdan əvvəl doguşa, uşağa qulluğa dair məlumatlandırılması həyata keçirilir.
Maddi-texniki bazamızı yeni, daha müasir avadanlıqlarla təmin etməyə çalışırıq.
Ümid edirik ki, məsləhətxanamız fəaliyyəti, vətəndaşlarımıza daim xidməti ilə Azərbaycanın sağlam gələcəyinə kiçik də olsa öz tövhəsini verir.