Uşaqlıq boynu patologiyasının diaqnostika üsulları

Qadınların müayinəsinin müasir üsulları

Pasiyentlərin müayinəsi üçün aşağıdakı üsullar tətbiq olunur:

  • İPV (insan papilloması virusu) DNT- testi( DNT virusunun aşkarlanmasına həssaslıq üsulu, çoxsaylı tədqiqatların nəticələrinə görə 82-96% təşkil edir);
  • Sadə sitoloji yaxma (Papanikolau üsulu ilə) – müayinənin bu üsulunda həssaslıq 51-85% təşkil edir;
  • Bu üsulun köməyi ilə əlavə müayinələr aparmadan yalnız 2/3 halda uşaqlıq boynu epitelinin mülayim və ağır displaziyasını aşkar etmək mümkün olur.

İPV DNT- testi

Uşaqlıq boynu xəstəliklərinin diaqnostikasında skrininq üsul olub, hər bir qadına 5 ildən bir aparılmalıdır.

Sadə və düzgün müayinə üsuludur.

Götürülmə ginekoloji baxışda güzgülərin köməyi ilə həyata keçirilir.

  1. Steril, nazik servikal zondun köməyi ilə servikal kanaldan sıyrıntı götürülür.
  2. götürülən material nəql mühitli olan birdəfəlik steril probirkaya yerləşdirilir.
  3. laboratoriyaya göndərilir.

Prosedur ağrısızdır!!!

Prosedurdan sonra qadın həmişəki həyat tərzini davam etdirir!!

İPV-nun 100-dən çox müxtəlif genotipi var, onlardan 7-15 uşaqlıq boynu xərşənginin İPV ilə əlaqədar səbəbidir, amma yalnız 2 genotip (İPV 16 və 18 tip) daha yüksək risk dərəcəsinə daxildir və 70% halların səbəbidir.  2 genotip (İPV 6 və 11) itiuclu kondilomaların əsas səbəbidir (90%).

Müayinə olunmuş pasiyentlərin aparılmasına dair həkimin taktikası

İPV(-) – təkrari skrininq 5 ildən sonra

İPV(+) – sitologiya (-) – təkrari skrininq 1 ildən sonra

İPV(+)– sitologiya (+) – kolposkopiya (-) – təkrari skrininq 6 aydan sonra

İPV(+)– sitologiya (+)– kolposkopiya (+) – mədsədli biopsiya – onkoloqun konsultasiyası

Uşaqlıq boynunun sitoloji müayinəsi (və ya PAP – test)

Bu uşaqlıq boynu xəstəliklərinin diaqnostikasında skrininq üsuludur, hər qadında ildə bir dəfə aparılmalıdır.

Düzgün və sadə müayinə üsuludur, belə ki, xüsusi texnologiya tələb etmir və epitel hüceyrələrində gedən, güzgülərlə baxış zamanı hələ ki, aşkar edilməyən patoloji dəyişiklikləri erkən aşkar etməyə imkan verir.

  1. Güzgülərin köməyi ilə adi baxış zamanı material götürülür.
  2. Eyr şpatelinin köməyi ilə uşaqlıq boynu səthindən sıyrıntı götürülür.
  3. Xüsusi sitofırça vasitəsilə servikal kanaldan sıyrıntı götürülür.
  4. Möhtəviyyatı əşya şüşəsinin üzərinə yerləşdirirlər.

Prosedur ağrısızdır!!!

Prosedurdan sonra qadın həmişəki həyat tərzini davam etdirir!!

Nəticənin qiymətləndirilməsi:

PAP – testin nəticələrini qiymətləndirmək üçün dünyada müxtəlif sistemlər mövcuddur.

Hal-hazırda təcrübədə müştərək ABŞ-ın xərçəngi öyrənən Milli İnstitut tərəfindən 1988-ci ildə təklif olunmuş Bethseda sistem klassifikasiyasından, 1978- ci ildə Richart tərəfindən təklif olunmuş CIN klassifikasiyasından və ÜST-nın 1968-ci il klassifikasiyasından istifadə olunur.

ASCUS (atypical squamous cell undetermined significance) – qeyri-müəyyən təyinatlı yastı epitelin atipik hüceyrələri. Bu tip yaxma uşaqlıq boynunun iltihabi xəstəlikləri zamanı müşahidə olunur. Çox vaxt onlar ililtihaba qarşı müalicədən sonra keçir, ya da sərbəst reqressiyaya edir.

Low-Grade SIL (Low-Grade Squamous Intraepitelial Lesions) – aşağı dərəcəli əhəmiyyətli yastıhüceyrəli intraepitelial zədələnmə. Yaxmanın bu tipi papillomavirus infeksiyasında, həmçinin yüngül dərəcəli displaziyada (CIN I) rast gəlinir. Çox vaxt spontan reqres edir, amma 25% hallarda HSL-ə qədər proqres edə bilər.

High-Grade SIL (High-Grade Squamous Intraepitelial Lesions) – yuxarı dərəcəli əhəmiyyətli yastıhüceyrəli intraepitelial zədələnmə. Mülayim və yüksək dərəcəli displaziyada (CIN II, III), həmçinin in situ xərçəngində rast gəlinir.

Sitoloji qiymətləndirməSonrakı müayinə taktikası
ASC-USİPV DNT testi, təkrari PAP- yaxma; 20 yaşdan yuxarı qadınlara kolposkopiya məsləhətdir.
ASH-HKolposkopiya və ya biopsiya
LSILTəkrar sitoloji müayinə və ya kolposkopiya
HSILKolposkopiya və bioptatın histoloji müayinəsi; ABŞ-da – təxirəsalınmaz diaqnostik eksiziya

Kolposkopiya

Uşaqlıq yolunun selikli qişasının və uşaqlıq boynunun  xüsusi cihaz – kolposkop vasitəsi ilə böyüdülmədən sonra müayinəsidir.

Patoloji dəyişiklikləri gözlə görməyə imkan verir.

Geniş kolposkopiya selikli qişanın xüsusi məhlullarla (3%-li sirkə məhlulu, Lüqol məhlulu) işlənməsindən sonra baxışın aparılmasıdır.

Xoşxassəli dəyişiklikləri bədxassəlidən differensiasiya etməyə imkan verir, həmçinin biopsiya materialının götürüləcəyi zonanı təyin etməyə imkan verir.

Prosedur ağrısızdır!!!

Prosedurdan sonra qadın həmişəki həyat tərzini davam etdirir!!

Tibbi- genetik konsultasiya

Ümumi müddəalar

Tibbi- genetik konsultasiya- irsi xəstəliklərin profilaktikasında geniş istifadə olunan tibbi yardımın xüsusiləşdirilmiş hissəsidir. Onun əsasında irsi patologiyalı uşaqların doğula biləcəyi təyin edilir, bu ehtimal konsultasiyaya gələn cütlüyə izah olunur vı gələcək uşaq doğulma haqqında qərar qəbul etməkdə ailəyə kömək göstərilir.

Tibbi- genetik konsultasiyaya göstərişlər:

  • anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulması;
  • ailədə irsi xəstəliyə şübhə və ya irsi xəstəliyin olması;
  • uşağın fiziki və əqli inkişafının geri qalması;
  • təkrar spontan abortlar, düşüklər, ölüdoğulmalar;
  • yaxın qohumlar arasında nikahlar;
  • hamiləliyin ilk 3 ayında teratogen təsirlər;
  • hamiləliyin qeyri-qənaətbəxş gedişi. Əslində uşaq doğulmasını planlaşdıran (prospektiv) və uşağı xəstə doğulan (retrospektiv) hər bir cütlük tibbi-genetik konsultasiyadan keçməlidir;

Irsi xəstəlikli uşaq doğulması riski artır, əgər:

  • valideynlərin artıq 1 xəstə uşağı varsa və ya yaxın qohumlardan biri xəstədirsə;
  • valideynlərdən biri və ya hər ikisi risk qrupuna daxildirsə, məsələn, mutant genin heteroziqotluğuna görə;
  • ananın 35 və ya daha çox yaşı varsa, autosom trisomiya riski yüksəkdir.

Geniş yayılmış poligen xəstəliklər zamanı (şəkərli diabet, arterial hipertoniya, ateroskleroz, inkişaf qüsurları və psixi xəstəliklər)  konsultasiya. Konsultasiya zamanı xəstəliyin ehtimalı, proqnozu və müalicəsi müzakirə olunur və valideynlərə prenatal diaqnostikanın mümkünlüyü və daşıyıcılıq barədə məlumat verilir.