Daxili nəzarət sisteminin təmini.
Tədqiqatların müasir avadanlıqlarda aparılması.
Qan və digər bioloji materialların götürülməsində birdəfəlik steril materiallardan istifadə
“Ailə planlanması” məsləhətxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aparıcı müalicə-diaqnostika mərkəzi olub reproduktiv sağlamlıq məsələləri ilə məşgul olur.
Çox əvvəllər, məsləhətxana təşkil olunanda onun adı “Ailə və nikah” idi, köhnə bakılılar bizi elə də xatırlayır. Ona görə ki, hələ “Ailə və nikah” mərhələsində biz respublikada yeni istiqamətin birincisi olduq. O vaxtdan çox keçib, ancaq biz hələ də qadın, kişi və yeniyetələrin reproduktiv sağlamlığına yönəldilmiş yeni proqram və texnologiyaların pionerləriyik.
Ailə planlanması məsləhətxanası fəaliyyətini əhalinin reproduktiv sağlamlığının qorunmasının dair təsdiq edilmiş Dövlət konsepsiyasına uyğun həyata keçirir.
Ailə planlanması məsləhətxanası 14-60 arası müxtəlif yaş qruplarında endokrinopatiyalar fonunda reproduktiv sağlamlığın pozulması zamanı dəqiq spezializasiya, müasir texnologiyaların standartizasiyası, kompleks yanaşma hesabına reproduktiv pozulmaların profilaktikası, diaqnostikası və müalicəsində xüsusiləşdirilmiş konsultativ və müalicə-diaqnostik yardımı təmin edir.
- QIZLAR, ÖZ ARAMIZDA
- AİLƏ QURMUŞAM
- MİFLƏR VƏ REALLIQLAR
- GƏNC ANALAR MƏKTƏBİ